CƏMİYYƏT


UNEC-in alimləri TAIEX proqramı çərçivəsində yaradılan ekspert qrupunun üzvləri ilə görüşüblər

A+ A

Bakı, 12 noyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Avropa İttifaqı arasında TAIEX proqramı çərçivəsində fiskal sektorda hüquqi, institusional və iqtisadi mövzunun tədqiqatı məqsədilə yaradılan konsorsiumun ekspert qrupunun üzvləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri ilə görüşüblər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların, o cümlədən fiskal sektorun iqtisadi və institusional bazası haqqında ətraflı məlumat verilib. Tədbirdə makroiqtisadi sabitliyin və iqtisadi artımın dayanaqlığının təmin olunması, ölkənin və regionların sosial-iqtisadi inkişafının artırılması yolları, o cümlədən bank sektorunda stabillik, rəqabət mühiti, ixracyönümlü məhsullar və digər məsələlər geniş müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.