CƏMİYYƏT


UNEC-in elmi jurnalı beynəlxalq bazada qeydiyyatdan keçib

A+ A

Bakı, 29 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “The Journal of Economic Sciences: Theory and Practice” elmi jurnalı Akademik Resurs İndeksində (“ReseachBib” index) yoxlanılaraq qiymətləndirilib və uğurla qeydiyyatdan keçib.

UNEC-dən AZƏRTAC-a bildiriblər ki, “ResearchBib” yüksək standartlara cavab verən tədqiqat və elmi məqalələr bazasıdır.

Qeyd edək ki, bundan əvvəl UNEC-in elmi jurnalı “EBSCO”, “EcoLit” (Amerika İqtisadçılar Birliyi), “Türk Education İndex” kimi tanınmış bazalarda indeksə olunub. Nəşrin bütün nömrələri ilə http://journalseeker.researchbib.com/view/issn/2220-8739 linkində tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.