CƏMİYYƏT


UNEC-in elmi jurnalı beynəlxalq indekslərdə yer alıb

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi jurnalı “The Journal of Economoc Sciences: Theory and Practice” Norveç Tədqiqat Məlumat Mərkəzi tərəfindən idarəedilən Humanitar və Sosial Elmlər üzrə Avropa İstinad İndeksinə düşüb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Norveç Tədqiqat Məlumat Mərkəzi UNEC-in elmi jurnalını müəyyən edilən meyarlar əsasında təsdiq edib. Bu indeks 2014-cü ilin yanvarından Avropa Elm Fondu tərəfindən Norveç Tədqiqat Məlumat Mərkəzinə verilib. Jurnalın bütün sayları https://dbh.nsd.uib.no/publiseringskanaler/erihplus/periodical/info.action?id=489216 linkində yerləşdirilib. Bundan başqa, UNEC elmi jurnalı Amerikanın nüfuzlu “Academic Keys” (http://socialsciences.academickeys.com/jour_main.php), “CiteFactor”,” J-Gate, Open Academic Journals Index” (OAJI), “International Institute of Organized Research” portallarında da indeksə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.