ELM VƏ TƏHSİL


UNEC-in idarəetmə sistemində Türkiyə təcrübəsi öyrənilir

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Türkiyənin Uludağ Universitetinə ezam olunacaq. Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.

UNEC-də idarəçiliyin təkmilləşdirilməsi, o cümlədən dünyanın qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsinin tətbiqi məqsədilə katiblik institutu yaradılıb. Türkiyənin aparıcı universitetlərinin təcrübəsinə əsaslanan katiblik institutu rektorluq və fakültələr səviyyəsində inzibati və akademik idarəetməni bir-birindən ayırır. Bu isə bütövlükdə UNEC-də idarəetmənin səmərəliliyini artıraraq, tədris və elmi fəaliyyətin daha da önə çıxmasına şərait yaradacaq. UNEC-in rektoru, professor Ədalət Muradov katiblik institutunun fəaliyyətini təkmilləşdirmək məqsədilə meqafakültələrin dekan və katiblərinə Uludağ Universitetinin təcrübəsindən yararlanmağı tövsiyə edib. O, bir həftə davam edən səfərin hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırıb.

Uludağ Universitetində təcrübə mübadiləsinə UNEC-in iqtisadiyyat, maliyyə və mühasibat, biznes və menecment fakültəsinin dekan və katiblərindən ibarət 7 nəfərlik nümayəndə heyəti qatılacaq.

Qeyd edək ki, bundan öncə UNEC-in maliyyə departamenti, daxili audit və insan resursları şöbələrinin rəhbərləri Türkiyənin Sakarya Universitetində katiblik institutunun öyrənilməsi ilə bağlı təcrübə keçiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.