CƏMİYYƏT


UNEC-in kollektivi “Qan ver, həyat xilas et!” aksiyasına qoşulub

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllim, tələbə və əməkdaşları arasında sosial məsuliyyətin təbliği, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə dəstək göstərmək məqsədilə “Qan ver, həyat xilas et!” adlı qanvermə aksiyası keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “1 dekabr – Dünya QİÇS-lə Mübarizə Günü” çərçivəsində keçirilən aksiya UNEC, Mərkəzi Qan Bankı və “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı, “Ulduz” şokolad fabrikinin sponsorluğu ilə reallaşdırılıb.

UNEC-in əsas tədris binasının tibb məntəqəsində təşkil olunan aksiyada universitetin tələbə və müəllimləri, eləcə də digər əməkdaşlar donor qismində iştirak ediblər.

Qanvermə aksiyası dekabrın 2-də UNEC-in 2-ci tədris binasında davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.