ELM VƏ TƏHSİL


UNEC-in magistr və tələbələri dövlət qulluğuna qəbul qaydaları barədə məlumatlandırılıb

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov dövlət qulluğuna qəbul qaydalarında edilən dəyişikliklər barədə məlumat verib, bu sahədə DİM-in üzərinə düşən əsas fəaliyyət istiqamətlərindən danışıb. Bildirib ki, mərkəzin əsas fəaliyyəti dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir.

DİM-in hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış edib. V.Əsgərov Azərbaycanda dövlət qulluğuna qəbulun karyeraya əsaslanan sistemə uyğun qurulduğunu, dövlət qulluğuna qəbul mexanizmləri, yeni qaydalar, sertifikasiya sistemi və dövlət qulluğu siyasəti ilə bağlı DİM-in funksiyaları barədə məlumat verib.

Mərkəzin ictimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin məsləhətçisi Pərviz Kazımov “Xəyalqurma, həyatın planlaşdırılması və duyğusal inkişaf” mövzusunda təqdimatla çıxış edib. O, gənclərin duyğusal inkişafı, həyatın planlaşdırılması, motivasiya haqqında praktiki xarakterli məsləhətlər verib, həmçinin peşə seçimində fərdin arzuları, dəyərləri və motivasiyasının rolunun önəmi vurğulanıb.

Sonda tələbə və magistrlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.