ELM VƏ TƏHSİL


UNEC-in magistrləri Avropa əmək bazarına çıxış imkanı əldə ediblər

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanı əldə ediblər. Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, bu üstünlüyü onlara UNEC Biznes Məktəbinin tamhüquqlu üzvü olduğu EFMD təşkilatı verib. Belə ki, MBA proqramında təhsil alan magistrlər EFMD-nin “HIGHERED - Global Talent Network” adlı işədüzəlmə şəbəkəsi vasitəsilə ölkə hüdudlarından kənarda da əmək bazarına çıxış əldə edə biləcəklər.

Xaricdə çalışmaq istəyən MBA proqramının bilikli və bacarıqlı magistrləri bu qlobal portala daxil olmaq üçün https://unec.higheredtalent.org/Login ünvanında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün unec.edu.az elektron ünvanını UNEC Biznes Məktəbindən əldə etmək olar.

Magistrlər portalda qeydiyyatdan keçdikdən sonra Avropa İttifaqı ölkələrində və digər qlobal regionlarda iş axtarışına başlaya biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.