ELM VƏ TƏHSİL


UNEC-in magistrləri Avropa əmək bazarına çıxış imkanı qazanıblar

Bakı, 26 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanı əldə ediblər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu üstünlüyü onlara Biznes Məktəbinin tamhüquqlu üzvü olduğu EFMD (European Foundation for Management Development (Busines School Accreditation) təşkilatı verib. Belə ki, MBA proqramında təhsil alan magistrlər EFMD-nin “HIGHERED – Global Talent Network” işədüzəlmə şəbəkəsi vasitəsilə ölkə hüdudlarından kənarda da əmək bazarına çıxa biləcəklər.

Xaricdə çalışmaq istəyən MBA proqramının bilikli və bacarıqlı magistrləri bu qlobal portala daxil olmaq üçün https://unec.higheredtalent.org/Login ünvanında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün lazım olan unec.edu.az domenli elektron poçt ünvanını UNEC Biznes Məktəbinə müraciət etməklə əldə etmək mümkündür.

Magistrlər portalda qeydiyyatdan keçdikdən sonra Avropa İttifaqı ölkələrində və digər qlobal regionlarda iş axtarışına başlaya biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.