ELM VƏ TƏHSİL


UNEC-in magistrləri Litva Universitetinin diplomunu əldə edəcəklər

Bakı, 3 iyul, AZƏRTAC 

Yeni tədris ilindən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birinci kursunda təhsil alan magistrlər Litvanın Mikolos Romeris Universiteti (MRU) ilə ikili diplom proqramında iştirak edə biləcəklər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, proqramda təhsil alan və təhsilini uğurla bitirən magistrlər həm İqtisad Universitetinin, həm də MRU-nun diplomunu əldə edəcəklər.

Proqrama UNEC-in maliyyə bazarları, maliyyə menecmenti və maliyyə nəzarəti və audit ixtisası üzrə təhsil alan birinci kurs tələbələri müraciət edə bilərlər. Qəbulun şərtlərinə görə, bakalavr dərəcəsi üzrə akademik göstərici 80-dən yuxarı, ingilis dili isə ən azı B2 səviyyəsində olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.