CƏMİYYƏT


UNEC-in müəllimi Türkiyədə beynəlxalq simpoziumda çıxış edib

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) türk dünyası işlətmə fakültəsinin müəllimi Araz Aslanlı Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən “Müstəqilliyinin 25-ci ilində türk respublikaları” mövzusunda beynəlxalq simpoziumunda iştirak edib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirin açılışında Türkiyə Prezident Aparatı sədrinin müavini və Prezidentin mətbuat katibi İbrahim Kalın, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan respublikalarının Türkiyədəki səfirləri, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və başqaları çıxış ediblər.

A.Aslanlı tədbirdə “Qarabağ probleminin həll olunmamasının səbəbləri və nəticələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Qarabağ probleminin yaranmasının səbəbləri izah edilib, bu problemin Azərbaycan, region və dünya üçün yaratdığı mənfi nəticələr və risklər barədə məlumat verilib.

Tədbirin təşkilatçıları sırasında Ahmet Yesevi Universiteti, Türk Keneşi, Beynəlxalq Türk Akademiyası, TÜRKPA, TÜRKSOY, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi, Türk Tarix Qurumu, Ankara Siyasi və İqtisadi Araşdırmalar Mərkəzi də yer alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.