ELM VƏ TƏHSİL
UNEC-in professoru Sankt-Peterburqda beynəlxalq valyuta və kredit münasibətlərindən danışıb
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə və maliyyə institutları kafedrasının professoru, Rusiya Federasiyasının iqtisad elmləri doktoru Elnur Sadıqov Rusiya hökuməti yanında Maliyyə Universitetinin Sankt-Peterburq filialında olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, E.Sadıqov maliyyə və kredit ixtisası üzrə təhsil alan tələbələrə “Beynəlxalq valyuta və kredit münasibətləri” fənnini tədris edib. O, həmçinin beynəlxalq valyuta münasibətlərinin problemlərindən və MDB-nin həyata keçirdiyi iqtisadi inteqrasiya sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib.