ELM VƏ TƏHSİL


UNEC-in tələbələri Avropada təcrübə keçəcəklər

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzinin direktoru Fuad Əliyev və təcrübənin təşkili şöbəsinin müdiri Natiq Qurbanov Fransanın Lion şəhərində yerləşən CEFAM (Centre d’Etudes Franco-Américain de Management) Universitetində olublar. Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib.

UNEC-in əməkdaşları “Erasmus+” mübadilə proqramı çərçivəsində CEFAM-da tələbələr üçün karyera xidmətlərinin və təcrübənin təşkili, eləcə də korporativ sektorla əlaqələrin qurulması işi ilə tanış olublar. Onlar UNEC-də tələbələrin karyera inkişafı məqsədilə görülən işlər, ixtisas təcrübələrinin təşkili haqqında ətraflı məlumat veriblər.

Görüşdə UNEC-in tələbələrinin CEFAM tələbələri ilə birlikdə Fransa, Avropa İttifaqı ölkələrində, həmçinin ABŞ şirkətlərində karyera qurmalarına dəstəyin göstərilməsi və ixtisas təcrübələrinin təşkili perspektivləri haqqında fikir mübadiləsi aparılıb və ilkin razılıq əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.