ELM VƏ TƏHSİL


UNEC-in tələbələri Rusiya banklarında istehsalat təcrübəsindədirlər

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dünya əmək bazarının tələblərinə cavab verən mütəxəssislər hazırlanır.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə universitetin tələbələri Rusiya Federasiyasında istehsalat təcrübəsindədirlər. Rusiyanın Xarici Ticarət Bankının (Bank VTB 24) Sankt-Peterburq filialı ilə bağlanan müqaviləyə, Beynəlxalq Bankın Sankt-Peterburq filialı və Əmanət Banki ilə razılaşmaya əsasən, tələbələr bu banklarda beynəlxalq bank əməliyyatlarını öyrənirlər.

Qeyd edək ki, UNEC Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrdəki iqtisadyönümlü ali məktəblər arasında beynəlxalq bank sertifikatları almaq hüququna malik olan yeganə ali məktəbdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.