CƏMİYYƏT


UNEC-in tələbələri Rusiyanın Tədqiqat Universitetində təcrübə keçirlər

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Rusiyanın Milli Tədqiqat Universitetinin Ali İqtisad Məktəbində təcrübə keçirlər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tələbələr hər iki ali təhsil müəssisəsi arasında imzalanan müqaviləyə əsasən Rusiyada təhsil təcrübəsində iştirak imkanı əldə ediblər. Səkkiz azərbaycanlı tələbə iki həftə ərzində biznes və menecment və iqtisadiyyat və sənaye ixtisasları üzrə seçilmiş fənlər üzrə təhsil alacaq, universitetin infrastrukturu, tədris və təlim prosesi ilə yaxından tanış olacaq, əlavə təcrübə və biliklər əldə edəcəklər. Onlar, eyni zamanda, elmi seminar və “dəyirmi masa”larda iştirak edə biləcəklər.

Təcrübənin sonunda tələbələrə sertifikatlar veriləcək.

Qeyd edək ki, təcrübənin davamı olaraq UNEC-in daha bir qrup tələbəsi dekabrda Ali İqtisad Məktəbində təcrübə keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.