ELM VƏ TƏHSİL


UNEC-in tələbələri beynəlxalq bank təcrübəsini Sankt-Peterburqda öyrənəcəklər

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Rusiya Federasiyasında beynəlxalq bank təcrübəsi keçəcəklər.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, iyulun 15-dən tələbələr Rusiyanın Xarici Ticarət Bankının (Bank VTB 24) Sankt-Peterburq filialında, Əmanət Bankında və Beynəlxalq Bankın Sankt-Peterburq filialında təcrübədə iştirak edəcəklər. Bir ay davam edəcək təcrübə proqramı UNEC və “Bank VTB 24”ün Sankt-Peterburq filialı ilə bağlanan müqavilə, həmçinin Beynəlxalq Bankın Sankt-Peterburq filialı və Əmanət Bankı ilə razılaşma əsasında həyata keçirilir.

Təcrübə müddətində tələbələrə UNEC-in maliyyə və maliyyə institutları kafedrasının professoru, Azərbaycanın və Rusiyanın iqtisad elmləri doktoru Elnur Sadıqov rəhbərlik edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.