CƏMİYYƏT


UNEC-in tələbələri beynəlxalq yay təcrübələrini uğurla başa vurublar

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Rusiyanın “VTB 24” və “MБA–Moskva” banklarının Sankt-Peterburq filialında keçdikləri yay istehsalat təcrübələrini uğurla başa vurublar.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, tələbələr təcrübə zamanı banklardakı iş prosesi ilə yaxından tanış olmaqla yanaşı, yüksək təcrübi biliklər də əldə ediblər. Sonda tələbələrə bankların beynəlxalq sertifikatları təqdim olunub.

Qeyd edək ki, “VTB 24” və “MБA–Moskva” Bankının Sankt-Peterburq filialından UNEC tələbələri üçün növbəti tədris ilinin sonunda da təcrübə keçmək üçün razılıq əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.