CƏMİYYƏT


UNEC inklüziv təhsil sahəsində fəaliyyətini genişləndirir

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Moskva Dövlət Humanitar-İqtisadiyyat Universiteti (MDHİU) arasında əməkdaşlıq sazişi imzalanıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan–Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının “Təhsil, elm və mədəniyyət sahəsində Rusiya–Azərbaycan əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda təşkil etdiyi konfrans çərçivəsində imzalanan saziş iki universitet arasında inklüziv təhsil sahəsində əməkdaşlığın yaradılmasını nəzərdə tutur.

Saziş UNEC-in əlilliyi olan şəxslərin ali təhsilə cəlb olunması, bu sahədə müvafiq infrastrukturun yaradılması və tədris prosesinin məzmununun uyğunlaşdırılması sahəsində MDHİU-nun təcrübəsindən faydalanması üçün hüquqi baza yaradır.

Rusiya inklüziv ali təhsil sahəsində ixtisaslaşmış bu universiteti ilə həyata keçiriləcək birgə layihələr və ortaq tədris proqramları UNEC-də yeni yaradılmış, əlilliyi olan tələbələr üçün mərkəzin daha səmərəli fəaliyyət göstərməsinə mühüm töhfə verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.