CƏMİYYƏT


UNEC sənəd qəbulunun müddətini uzadıb

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016/2017-ci tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil və yenidən hazırlanma təhsili almaq üçün sənəd qəbulunun müddətini sentyabrın 10-dək uzadıb.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, dövlət və özəl ali təhsil müəssisələrinin məzunları ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduğu halda təkrar ali təhsil, olmadığı halda isə yenidənhazırlanma təhsili ala bilərlər.

Təkrar ali təhsilə qəbul 21 ixtisas üzrə aparılır və təkrar ali təhsil almaq istəyənlər rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə), işlədiyi halda iş yerindən arayış ilə əmək kitabçasından çıxarış, 3×4 sm. ölçüdə altı ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini elektron formada təqdim etməlidirlər.

Yenidənhazırlanma təhsili üç ixtisas üzrə aparılır və yenidənhazırlanma təhsili almaq istəyənlər fərdi qaydada rektorun adına ərizə, rektorun adına müəssisə və ya təşkilatın göndərişi, ali və ya orta ixtisas təhsili haqqında diplomun notarial qaydada təsdiqlənmiş surəti, diploma əlavənin notarial qaydada təsdiqlənmiş surəti, əmək kitabçasının rəsmi qaydada təsdiqlənmiş surəti, bir ədəd fotoşəkil (3×4 sm jpeg formatında), şəxsiyyət vəsiqəsinin surətini pdf formatında təqdim etməlidirlər.

UNEC-də yenidənhazırlanma və təkrar ali təhsilə qəbul ancaq elektron qaydada – kabinet.unec.edu.az saytı vasitəsilə həyata keçirilir. Təhsil Azərbaycan dilindədir və tədris müddəti bir ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.