ELM VƏ TƏHSİL


UNEC tələbələri dörd ildə iki ixtisasa yiyələnəcəklər

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Universitetdaxili iki diplom” proqramına start verilir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, proqramın məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək, bakalavriat səviyyəsində qəbul olunduğu ixtisaslarda müvəffəqiyyətlə təhsil alan tələbələrin ikinci ixtisas üzrə də əlavə təhsil almaqla, rəqabətədavamlı mütəxəssis kimi hazırlanmasıdır. Proqrama qoşulan tələbələr 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.

İki ixtisas üzrə “Universitetdaxili iki diplom” proqramının açılması üçün həmin ixtisasların təhsil proqramlarında nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olmalıdır.

Proqrama təhsil müddətində birinci ixtisas üzrə nəzərdə tutulan fənlər üzrə kreditləri qazanan və ayrı-ayrı fənlərdən müvəffəqiyyət göstəricisi 81-100 bal arasında olan birinci kursu bitirən tələbələr müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.