CƏMİYYƏT


UNEC və “Thomson Reuters” əməkdaşlığı yeni mərhələdə

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

“Thomson Reuters” beynəlxalq informasiya agentliyinin elmi-tədqiqatlar və intellektual mülkiyyət departamentinin təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin rektoru, professor Ədalət Muradovla keçirilən görüşdə elmi kommunikasiya mövzusunda birgə beynəlxalq konfransın təşkili, dünya standartlarına uyğun elmi jurnalın nəşri, elmimetrik mövzuda dərsliyin tərcüməsi və digər məsələlər müzakirə edilib. “Thomson Reuters” tərəfindən UNEC doktorantları üçün təlimlərin keçirilməsi, həmçinin universitetdə elmimetrik bölmənin yaradılması da görüşün əsas müzakirə mövzusu olub.

Sonda beynəlxalq konfransa hazırlıqla bağlı təşkilat komitəsinin yaradılması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.