CƏMİYYƏT


UNEC yeni tədris ilinə hazırdır

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/2017-ci tədris ilinə hazırlıq işlərinin vəziyyəti ilə bağlı iclas keçirilib. Struktur rəhbərlərinin iştirak etdiyi toplantıda hazırlığın vəziyyəti, qarşıya çıxan problemlər, onların həlli yolları və görüləcək işlər müzakirə edilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin rektoru, professor Ədalət Muradov maddi-texniki təminatin vəziyyəti haqda danışıb. Qeyd edilib ki, tədrisin keyfiyyətinin artırılması baxımından ilk addım sayılan “Elektron Universitet” modeli artıq bütün tədris binaları üzrə quraşdırılıb. Qarşıda duran əsas vəzifə bu imkanlardan səmərəli istifadə etmək bacarığını formalaşdırmaqdır.

Rektor bildirib ki, 2016/2017-ci tədris ilində ən yüksək balla universiteti seçənlərin sayında ciddi yüksəliş qeydə alınıb. Bu göstəricinin qorunub saxlanılması üçün ali məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi olduqca vacibdir.

Bu ilki tədris ilinin maraqlı layihələrlə yadda qalacağını deyən Ə.Muradov “Lider müəllim-lider universitet”, “Tədrisin keyfiyyəti tələbənin gözü ilə” layihələri barədə ətraflı məlumat verib və bütün dərslərin valideynlərin üzünə açıq olduğunu diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.