DÜNYA


UNESCO Yaponiya festivallarını Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edə bilər

Tokio, 1 noyabr, AZƏRTAC

Yaponiyada kəcavələrin və böyük arabaların iştirakı ilə təşkil olunan bir çox ənənəvi bayramlar və festivallar UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilə bilər.

Bu barədə oktyabrın 31-də axşam UNESCO-nun qiymətləndirmə komissiyası məlumat yayıb.

Siyahıya daxil ediləcəyi gözlənilən 33 festival arasında Fukuoka prefekturasında təşkil olunan “Hakata Qion Yamakasa” bayramı da var.

Yaponiya hökuməti nümayəndəsinin bildirdiyinə görə, həmin bayramların siyahıya daxil edilməsi barədə rəsmi qərar hökumətlərarası komitənin bu ay Efiopiyada keçiriləcək görüşündə qəbul olunacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.