MƏDƏNİYYƏT


UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyası Krakovda keçiriləcək

Varşava, 20 aprel, AZƏRTAC 

Polşa Baş nazirinin müavini, mədəniyyət və milli irs naziri Pyotr Qlinski Parisdə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasının Krakovda təşkil edilməsi barədə saziş imzalayıb.

P.Qlinski hesab edir ki, bu tədbirin Krakovda təşkil edilməsi Polşa üçün böyük etimaddır. O, bu sözləri saziş imzalanandan sonra Polşa radiosuna müsahibəsində söyləyib. Nazir deyib ki, bu addımlar Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmək səylərinin tərkib hissəsidir.

P.Qlinski qeyd edib ki, builki sessiya hərbi əməliyyatların vurduğu ziyan və ekstremizmin mədəni irsi təhdid etməsi məsələlərinə həsr olunub. Polşalı nazir, xüsusən Suriyada tarixi abidələrin zərər çəkdiyi Hələb və ya Palmira şəhərlərini nümunə gətirib.

Sessiya iyulun 2-dən 12-dək keçiriləcək.

Ümumdünya İrs Komitəsinin sessiyası 1972-ci il tarixli Dünya Mədəni və Təbii İrsinin Qorunub Saxlanılması haqqında Konvensiyanın tədqiqinə dair 21 üzv dövlətin nümayəndələrinin ənənəvi görüşüdür. Konvensiyanın iştirakçısı olan 170 ölkənin hökumət nümayəndə heyətləri görüşdə müşahidəçi qismində qatılırlar.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.