CƏMİYYƏT


UNESCO-nun ekspertləri yosunların çiçəkləməsinin  mənfi təsirini qiymətləndiriblər

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

Yosunların çiçəkləməsi balıq ehtiyatlarının tükənməsinə, balıqçılıq təsərrüfatının məhvinə gətirib çıxarır, insanlara və iri dəniz heyvanlarına xəstəlik və ölüm gətirir.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu barədə məlumat UNESCO-nun ekspertlərinin tədqiqatında yer alıb. Sənədin müəllifləri bu tendensiyanın güclənməsi barədə xəbərdarlıq edirlər. Yosunların çiçəkləməsi ABŞ-ın Florida ştatının, Hindistan və Omanın sahilboyunda müşahidə edilir. Zərərli kimyəvi maddələrin istehsalı və tullantısının məhdudlaşdırılması üzrə tədbirlərə baxmayaraq, bu hal Adriatik və Baltik dənizlərində çoxalıb.

Bununla belə tullantıların məhdudlaşdırılması nəticəsində Daxili Yapon dənizində yosunların zərərli çiçəkləmə halı ildə 100 faiz səviyyəsində sabitləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.