ELM VƏ TEXNOLOGİYA


UNESCO-nun nümayəndəsi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aparılan tədqiqatlarla tanış olub

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

UNESCO-nun Bioetika üzrə Beynəlxalq Kafedralar Şəbəkəsinin rəhbəri, professor Amnon Karmi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru, akademik İradə Hüseynova qonağa rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, institutun yaranmasında mərhum akademik Cəlal Əliyevin misilsiz xidmətləri olub.

Sonra professor A.Karmi institutun laboratoriyaları, orada aparılan tədqiqatlarla tanış olub.

Görüşdən sonra bu elm müəssisəsinin akt zalında professor A.Karmi və AMEA-nın bir sıra institutlarının alim və mütəxəssislərinin iştirakı ilə seminar keçirilib.

İ.Hüseynova Azərbaycanda UNESCO-nun Bioetika, Elmi Biliklərin və Texnologiyaların Etikası üzrə Milli Komitəsinin yaradılmasında mərhum akademik Cəlal Əliyevin rolundan danışıb, bioetika elminin müasir dövrdə əhəmiyyəti, bu sahədə aparılan tədqiqatlar və perspektivlər barədə məlumat verib.

A.Karmi də öz növbəsində UNESCO-nun bioetika kafedraları haqqında məlumat verərək beş qitədə 120 bioetika mərkəzinin fəaliyyət göstərdiyini söyləyib. Azərbaycanda Bioetika, Elm Biliklərin və Texnologiyaların Etikası üzrə Milli Komitənin fəaliyyətini yüksək qiymətləndirən qonaq komitənin yaradılmasının əhəmiyyətindən danışıb.

Sonra A.Karmi seminar iştirakçılarının suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.