CƏMİYYƏT


UNESCO-nun rəhbəri Havay adalarında dünyanın ən böyük dəniz qoruğunun yaradılmasını təqdir edib

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

UNESCO-nun baş direktoru İrina Bokova ABŞ Prezidenti Barak Obamanın Havayda (ABŞ) “Papaxanaumokuakea” dəniz mühafizə zonasının genişləndirilməsi barədə qərarını alqışlayıb.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan bu obyekt dünyanın ən böyük təbii qoruğuna çevrildi. İrina Bokova deyib: “Bu qərar ətraf mühitin mühafizəsinə tərəfdar olmağın təzahürüdür. Qərar iqlim dəyişikliyinin yaratdığı təhlükələrlə qarşılaşan icmaların vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək, habelə həyatımızın asılı olduğu təbii ekosistemlərin qorunmasını təmin edəcək”.

UNESCO-nun rəhbəri bildirib ki, ABŞ Prezidentinin müvafiq qərarı bəşər həyatında okeanın, onun flora və faunasının mühüm rolunu yada salır. Qərar Havay ştatının paytaxtı Honoluluda Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Konqresinin açılmasına bir neçə gün qalmış qəbul edilib.

“Papaxanaumokuakea” dəniz qoruğu zəngin biomüxtəlifliyinə görə 2010-cu ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Arxipelaqın ərazisində dünyada balıqların məlum növlərinin beşdə bir hissəsi yaşayır. Qoruq təbiət və mədəniyyət arasında dərin əlaqələri müşahidə etməyə imkan yaradır, havaylılar üçün insan və təbiət arasında qohumluq konsepsiyasının təcəssümü kimi kosmoloji məna daşıyır.

Qoruq ərazisində avropalıların gəlişindən əvvəl burada əkinçiliklə məşğul olan insanların yaşaması barədə arxeoloji sübutlar əldə edilib. “Papaxanaumokuakea” cənub-şərqdən şimal-qərbədək təxminən 2 min kilometr uzanır. Mühafizə edilən bölgənin ərazisi dörd dəfə artırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.