CƏMİYYƏT


UNICEF: Haitidə vəba 750 uşağın həyatına son qoyub

A+ A

Bakı, 2 iyul, AZƏRTAC

Haitidə vəbaya yoluxma hallarının sayı 2011-ci ilin göstəriciləri ilə müqayisədə 90 faiz azalıb. Lakin bu gün ölkədə bu təhlükəli xəstəliyin kökünün kəsilməsi və səhiyyə sisteminin möhkəmləndirilməsi üçün əlavə maliyyə vəsaitinə ehtiyac var.

AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla xəbər verir ki, Haitidə vəba 750 uşağın həyatına son qoyub. Bununla yanaşı, ölkədə baş verən genişmiqyaslı zəlzələnin fəsadlarından xəsarət alan təxminən 100 min uşaq artıq vəbaya yoluxub. Epidemiya Haitidə zəlzələdən 10 ay sonra daha da artıb.

BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndəsi bildirib ki, Haitidə vəba xəstəliyinə görə lazımi nəzarəti təmin etmək üçün ildə 3,5-4 milyon ABŞ dolları tələb olunur. Sanitariya sahəsində daha uzunmüddətli kampaniyaya başlamaq üçün 45 milyon ABŞ dolları lazımdır. Artıq bu məqsədlə 20 milyon dollar ayrılıb. Hazırda bu işdə epidemioloqlardan ibarət 50 komanda çalışır. “Görülən tədbirlər nəticəsində ölkədə vəbaya yoluxan insanların sayını 350 mindən 36 minədək azalda bilmişik”, -deyə UNICEF-in nümayəndəsi əlavə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.