CƏMİYYƏT


UNICEF: Şərqi Hələbdə uşaqların əzab-əziyyətini artıq sözlə ifadə etmək mümkün deyil

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

AZƏRTAC BMT-nin Uşaq Fonduna (UNICEF) istinadla xəbər verir ki, təkcə son altı gündə Şərqi Hələbdə 96 uşaq qətlə yetirilib, daha 223 uşaq yaralanıb.

Fondun başçısının müavini Castina Forsaytın sözlərinə görə, Hələbdəki uşaqlar elə bir dəhşət içindədirlər ki, bu kabusdan can qurtarmaq mümkün deyil. Onların əzab-əziyyətini ifadə etməyə daha sözlər yetmir.

Uşaqları müalicə etməyə, demək olar, nə də həkim var, nə də yer. Şəhərin bu hissəsində təxminən 30 həkim qalıb. Fəaliyyətini hələ də davam etdirən 25 xəstəxanadan hazırda daha ikisi yerlə-yeksan edilib. Tibbi avadanlıq və dərman çatışmır. Həkimlər bildirirlər ki, sağalmaq ümidi olmayan uşaqlar sadəcə ölümə tərk edilir.

UNICEF-in əməkdaşları bildirirlər ki, belə bir halla heç vaxt üzləşməyiblər. Uşaqların öldürülməsinə və insan həyatına bu dərəcədə biganə münasibətə heç nə ilə haqq qazandırmaq olmaz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.