CƏMİYYƏT


UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Edvard Karvard ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, komitə uşaqların müdafiəsinin gücləndirilməsi, onların hüquqlarının təmin edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə də bir sıra tədbirlər həyata keçirir. Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycanda ailə institutunun cəmiyyətdəki mövqeyinin daha da möhkəmləndirilməsi, ailələrin rifah halının yaxşılaşdırılması, möhkəm təməlli ailə ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir. O qeyd edib ki, ölkəmizdə ailələr və uşaqlar dövlət qayğısı ilə tam əhatə olunublar. Bildirilib ki, komitə tərəfindən gender bərabərliyini qorumaq məqsədilə daim mühüm addımlar atılır. Qadınların ictimai həyatda təmsilçiliyinin artırılması, qadın və uşaq hüquqlarının qorunması, sağlam həyat tərzinin aşılanması məqsədilə mütəmadi olaraq komitə tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.

Edvard Karvard bildirib ki, Azərbaycan ailəsi həmişə uzunömürlülüyü və möhkəmliliyi ilə seçilib. Bu, əsasən milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlir. O qeyd edib ki, dövlət ailə siyasəti Azərbaycan hökumətinin diqqətində

olan mühüm məsələlərdən biridir.

Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və həyata keçiriləcək layihələrlə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.