DÜNYA


UNICEF-in icraçı direktoru: Hələbdə Ümran kimi 100 mindən çox uşaq var

A+ A

Bakı, 20 avqust, AZƏRTAC

BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Entoni Lake Hələb şəhərində dağıntılar altından xilas edilən Ümran Daknes kimi 100 mindən çox uşağın Suriyada vətəndaş müharibəsinin qurbanına çevrildiyini bildirib.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Lake 5 yaşında olan Ümranın fotoşəkillərinin bütün dünyanın diqqətini çəkdiyini və Hələbdə onun kimi çox sayda uşağın zülmə məruz qaldığını qeyd edib.

Hələb şəhərinin Əl Katerji məhəlləsinə endirilən hava zərbələri nəticəsində dağılan binanın qalıqları altından çıxarılan Ümranın tibb maşınında çəkilən görüntüsü Suriyadakı müharibənin daha bir simvoluna çevrilib.

BMT Baş katibinin mətbuat xidmətinin nümayəndəsi Fəraq Haq Rusiyanın Hələbdə 48 saatlıq atəşkəs elan etməsindən sonra bölgəyə yardım aparmaq üçün hazır olduqlarını deyib, lakin atəşkəsin nə vaxt qüvvəyə minəcəyini bildirməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.