DÜNYA


UNICEF: uşaq miqrasiyası rekord həddə çatıb

Bakı, 18 may, AZƏRTAC

Son 5 ildə böyüklərin müşayiəti olmadan hərəkət edən yetkinlik yaşına çatmamış qaçqın və miqrantların sayı 5 dəfə artıb. Bu məlumat BMT-nin UNICEF uşaq fondunun məruzəsində əksini tapır.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, məruzəyə əsasən 2010-2011-ci illərdə dünyanın 80 ölkəsində 66 min belə uşaq qeydiyyatdan keçdiyi halda, son iki ildə onların sayı 300 min nəfərə çatıb.

“Biz təcrübəmizə əsaslanaraq deyə bilərik ki, Şimali Afrikada, Mərkəzi Amerikada, Asiya və Avropanın bir sıra ölkələrində çox sayda uşaq statistik məlumatlara daxil edilmir. Buna görə də 300 min rəqəmi çox güman ki, aysberqin görünən tərəfidir”, - deyə təşkilatın icraçı direktorunun müavini Castin Forsayt bildirib.

“Böyük yeddiliyin” İtaliyada keçiriləcək sammiti ərəfəsində UNICEF dünya liderlərini miqrant uşaqların müdafiəsi üzrə proqramı təsdiqləməyə çağırıb. Proqram əsasən uşaqlar üzərində zorakılıq hallarının və onların istismarının qarşısının alınması, həbsdə saxlanmasına son qoyulması, habelə təhsil, səhiyyə və digər xidmətlərə girişlərinin təmin olunması üzrə tədbirlər görülməsini nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.