ELM VƏ TƏHSİL


USB-brelok fərdi kompüteri maşın təlimi  funksiyaları ilə təchiz edəcək

Bakı, 26 iyul, AZƏRTAC 

“Movidius” şirkəti “Neural Compute Stick” adlanan, olduqca maraqlı hesablama modulunu təqdim edib. Qurğu USB 3.0 interfeysli brelok formasında hazırlanıb. Bu kiçik qadcet istənilən kompüteri maşın təlimi imkanları ilə təchiz edə bilər.

“Neural Compute Stick”in əsasında Movidius Vision Processing Unit (VPU) hesablama düyünü dayanır. VPU internetə qoşulmadan məsələləri müstəqil həll edir.

AZƏRTAC “3dnews.ru” saytına istinadla xəbər verir ki, VPU bir vatdan az enerji sərf edir. Bu halda onun məhsuldarlığı 100 qiqaflopsa çatır. Brelokun ölçüləri 72,5×27×14 millimetrdir.

“Neural Compute Stick” breloku süni intellekt sahəsində müəyyən məsələlərin həllində kömək edəcək. Yeniliyin potensial tətbiq sahələrinə intellektual videoizləmə kamerası, ev üçün “ağıllı” məhsul, dronlar və s. aiddir.

Hazırda süni intellekt və maşın təlimi ən əhəmiyyətli tədqiqat sahələrindəndir. Ekspertlərin fikrincə, 2020-ci ilədək dünyada internetə qoşulmaq və öz aralarında məlumat mübadiləsi aparmaq bacarığına malik olan 50 milyarddan çox maşın və qurğu işləyəcək.

Qeyd edək ki, brelokun qiyməti təxminən 80 ABŞ dolları təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.