İDMAN


US Open: Sten Vavrinka məğlubedilməz Novak Cokovici dayandırdı

A+ A

Bakı, 12 sentyabr, AZƏRTAC

“Böyük Dəbilqə” seriyasından olan ABŞ açıq birinciliyi (US Open) Sten Vavrinkanın qələbəsi ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, kişi tennisçilər arasında dünya liderləri serb Novak Cokoviç (№1) və isveçrəli (№3) Sten Vavrinka arasında dörd saata yaxın davam edən final qarşılaşmasında gözlənilməz nəticə qeydə alınıb. Oyunun dramatikliyi öz əksini ümumi nəticədə aydın göstərir – 1:3 (7:6, 4:6, 5:7, 3:6). Beləliklə, məğlubedilməz Novak Cokovici dayandırmağa nail olan Sten Vavrinka US Open-də ilk çempionluq sevincini yaşayıb.

Qadınların turniri isə alman tennisçisi Anjelik Kerberin parlaq qələbəsi ilə yadda qalıb. Final qarşılaşmasında çexyalı Karolina Plişkovanı 2:1 (6:3, 4:6, 6:4) hesabı ilə məğlub edən Kerber karyerasında ilk dəfə US Open-nin qalibi olub. O, eyni zamanda, bu turnirdə qazandığı qələbələr sayəsində dünya reytinq cədvəlinin birinci pilləsinə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.