İDMAN


U-13 qızlar Liqasının qalibləri mükafatlandırılıb

Bakı, 22 may, AZƏRTAC

Binə stadionunda futbol üzrə U-13 qızlar Liqasının 2016/17-ci il mövsümünün qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, üçüncü yer uğrunda oyunda “Şəki” 3:2 hesabı ilə “Zaqatala”nı məğlub edib. Finalda “Veqa” üzərində 4:0 hesablı qələbə qazanan “Təhsil” FM liqanın qalibi olub.

U-13 qızlar Liqasının ən yaxşı oyunçusu “Təhsil” FM-in futbolçusu İlahə Əkbərova seçilib. Ən məhsuldar oyunçu 65 qolla “Şəki”dən Nahidə Məmmədova olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.