İDMAN
U-17 Avropa çempionatının Azərbaycanda keçirilməsi ölkə futbolunun inkişafına mühüm təsir göstərəcək
Bakı, 25 may, AZƏRTAC
On yeddi yaşadək Avropa çempionatının ilk oyununda sonradan çempion olacaq Portuqaliya yığmasına qarşı çətin qarşılaşmaya baxmayaraq, Azərbaycan komandası qrupdan çıxmağa yaxın idi.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA-nın U-21 və yeniyetmələr üzrə turnirlərinin baş meneceri Klaudio Neqroni deyib.
O bildirib ki, Azərbaycan millisi oyunçularının çıxışından qürur duya bilər. Şübhəsiz ki, bu turnir təşkilati təcrübə, idman infrastrukturu və oyunçuların inkişafı baxımından Azərbaycanda futbolun yüksəlişinə mühüm təsir göstərəcək. Bu, Avropada yeniyetmə futbolunun böyük miqyasda təbliği idi. Biz yerli təşkilat komitəsinin rəhbərliyinə və onlarla çalışan hər kəsə səmimi qəlbdən dərin təşəkkürümüzü bildiririk.
Mayın 5-dən 21-dək Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatında Azərbaycan yığması 4 xalla qrupda üçüncü yeri tutub. Çempion adını isə finalda İspaniyanı məğlub edən Portuqaliya millisi qazanıb.