İDMAN


U-19 qızlar arasında Avropa çempionatının seçmə mərhələsinə start verilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Futbol üzrə 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin çıxış edəcəyi səkkizinci qrupun qarşılaşmaları isə sentyabrın 15-də başlayacaq. Bu qrupun matçları Bakıda keçiriləcək. Vüqar Əsgərlinin baş məşqçisi olduğu komanda İspaniya, Ukrayna və Latviya ilə mübarizə aparacaq.

Yığmamız birbaşa elit-raunda yüksəlmək üçün qrup qalibi olmalıdır. Çünki yalnız birinci yer sahibləri növbəti mərhələyə vəsiqəni təmin edəcək.

On bir qrup qalibi ilə yanaşı, ikinci yeri tutan 10 komanda elit-raundda qüvvəsini sınayacaq. Bu üzdən birinci yeri tutmayacağı halda, komandamız digər ikinci yerlərdən kimisə üstələməlidir.

Qeyd edək ki, seçmə mərhələnin oyunları Bakı Olimpiya Stadionunun əsas və ehtiyat meydançalarında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.