İDMAN


U-19 yığma komandamız Bakıda təlim-məşqə toplanır

A+ A

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 14-dən 22-dək Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı keçəcək.

AZƏRTAC xəbər verir ki, Metin Güler və Hüseyn Seylığlıdan fərqli olaraq Almaniyada çıxış edən Nicat Əliyev yığmaya ilk dəfə cəlb olunub. Toplanışa 24 futbolçu çağırılıb - Elnur Orucov, Süleyman Süleymanov, Amin Seydiyev, Hacıağa Hacıyev, Rövlan Muradov, Elvin Dəmirov, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Nicat Süleymanov (“Qarabağ”), Yusif Cəfərov (“Kəpəz”), Fuad Bayramov (AZAL), İsmayıl İbrahimli, Emin Quliyev (hər ikisi MOİK), Qara Qarayev (“İnter”), Tural Bayramlı, Aqşin Şahmalıyev, Əli Əliyev (hamısı “Sumqayıt”), Kamran İbrahimov, Anton Krivotsyuk, Pilağa Mehdiyev, Ərziman Rizvanov (hamısı “Neftçi”), Rubin Seydiyev (klubsuz), Metin Güler, Hüseyn Seylığlı (hər ikisi “Beşiktaş”, Türkiyə), Nicat Əliyev (“Hildeşeym”, Almaniya).

Qeyd edək ki, futbolçulardan üçü ölkə xaricində çıxış edən oyunçulardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.