İQTİSADİYYAT


“Uber” Bakıda avtomobili öncədən sifarişetmə xidmətini istifadəyə verib

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 28-dən etibarən “Uber” beynəlxalq texnologiya şirkəti Bakıda şəhər daxili səfərlər üçün avtomobili öncədən sifarişetmə imkanını yaradan xüsusi funksiyanı tətbiqində istifadəyə verib.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, sözügedən funksiyanın MDB ölkələri arasında ilk dəfə Azərbaycanda tətbiq olunub, bu funksiya bütün “uberX” istifadəçiləri üçün keçərlidir.

Artıq “Uber” tətbiqi vasitəsilə istənilən məkana gedişi 15 dəqiqədən – 30 günədək sifariş etmək mümkündür. Avtomobili öncədən sifarişetmə imkanı istifadəçilər üçün tam ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.