DÜNYA


“Uber” şirkəti Meksikada öz debet kartını buraxır

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

“Uber” şirkəti “Mastercard” və Meksikanın ilk online-bankı olan “Bankaool” ilə tərəfdaşlığı çərçivəsində öz debet kartlarını buraxmağa başlayıb.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, “Bankaool” bank hesabına bağlı olan yeni "Ubercard" oktyabrın 21-dən Meksika sakinləri üçün əlçatandır və ilk müştərilər 100 dollara qədər məbləğdə pulsuz səyahət kuponu qazana bilərlər. Debet kartı dünyanın “Mastercard”ın qəbul olunduğu istənilən yerində istifadə edilə bilər.

Qeyd edək ki, “Uber” Meksikada 2013-ci ildə fəaliyyətə başlayıb və ölkənin 31 şəhərində aktiv fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.