İQTİSADİYYAT


“Uber” və “Mastercard” Bakıda birgə aksiya keçirir

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan "Uber" beynəlxalq texnologiya şirkəti və qlobal ödəniş texnologiyaları təchizatçısı olan "Mastercard" Bakıda birgə aksiya keçirir.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində hər bir yeni "Uber" istifadəçisi hərəsi 10 manatadək iki ödənişsiz səyahət imkanı əldə edir. Aksiya iştirakçısı olmaq üçün mobil telefona "Uber" əlavəsini yükləmək ("AppStore", "Google Play" və "Windows Market"də yükləmək mümkündür), qeydiyyatdan keçmək, "Mastercard" kart vasitəsilə ödəniş etmək, "Promokodlar" bölməsində "MasterCardBaku" promokodunu daxil edib lazımi ünvana sifariş vermək kifayətdir.

Sentyabrın 30-dək davam edəcək aksiyada "Uber"də yalnız "Mastercard" kartı vasitəsilə qeydiyyatdan keçmiş yeni istifadəçilər iştirak edə bilərlər. Hər bir yeni istifadəçiyə hərəsinin dəyəri 10 manatadək olan ilk iki səyahət tam pulsuz təqdim olunur.

Qeyd edək ki, "Uber" şirkəti Bakıda fəaliyyətə 2015-ci ilin aprel ayında başlayıb. Hazırda Bakı sakinləri və ölkə paytaxtının qonaqlarına "uberX" kütləvi seqment üçün xidmət mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.