DÜNYA
“Uber”in yaradıcısı kompaniyanın başçısı postundan gedir
Bakı, 21 iyun, AZƏRTAC
“Uber” online-taksi şirkətinin banisi və Baş direktoru Trevis Kalanik öz postunu tərk edir.
AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, iyunun 20-də “Uber” şirkətinin beş investoru kompaniya başçısının təcili istefa verməsi tələbini irəli sürüb. Tələbnaməni Çikaqoda olan zaman alan Tevis Kalanik investorlarla uzun sürən danışıqlardan sonra vəzifədən getməyə və kompaniyanın direktorlar şurasında qalmağa razı olub.
Xüsusi taksi sifarişi xidməti həyata keçirən “Uber” avtomobil daşıyıcısı 2009-cu ildə yaradılıb. Dünyanın 100-dən çox şəhərində xidmət göstərən kompaniyanın mənzil-qərargahı San-Fransiskoda yerləşir. “Uber” onunla işləyən taksi sürücülərindən hər çağırışa görə 20 faiz həcmində komissiya alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]