ELM VƏ TƏHSİL


Ucar müəllimləri üçün məktəbəhazırlıq qruplarında işin təşkilinə dair təlimlər təşkil olunub

Bakı, 20 iyul, AZƏRTAC

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə Ucar rayonunda bir qrup müəllim üçün “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlim keçirilib.

TİPİİ-dən AZƏRTAC-a bildiriblər ki, təlim çərçivəsində müəllimlər “Məktəbəhazırlığın məqsəd və vəzifələri”, “İnkişaf və təlim standartları”, “Uşağın inkişafında oyunların rolu”, “Ailələrlə əməkdaşlığın əhəmiyyəti və ünsiyyət strategiyaları”, “Perspektiv və cari planlaşdırma” və digər mövzularda praktik məşğələlərdə iştirak ediblər.

Təlimin proqramı məktəbəqədər təhsil kurikulumun təkmilləşdirilmiş layihəsi əsasında hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.