REGİONLAR
Ucar: qısa vaxtda 1800 hektar arpa zəmisi biçilib
Ucar, 8 iyun, AZƏRTAC
Ucar taxılçıları mühüm strateji məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələrini səfərbər ediblər.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildirilib ki, biçin kampaniyasına 45 kombayn cəlb olunub. Onlardan 15-i taxılın daha gec yetişdiyi dağlıq bölgələrdən gətirilib. Qısa vaxtda 1800 hektar arpa zəmisi biçilib. Hər hektardan orta məhsuldarlıq 20,5 sentnerdir. Lakin məhsuldarlığın artacağı gözlənilir. Bir sıra ərazilərdə, o cümlədən Yuxarı Şilyan, Bərgüşad, Şahlıq və sair yerlərdə hər hektardan 25-26 sentner arpa götürülür.
Qeyd edək ki, cari mövsümdə Ucarda 11 min 986 hektarda taxıl yetişdirilib. Zəmilərin 7180 hektarı buğda, qalanı isə arpadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]