REGİONLAR


Ucar taxılçıları arpa biçinini başa çatdırıblar

Ucar, 30 iyun, AZƏRTAC

Ucar rayonunda taxıl biçini kampaniyası sürətlə davam edir və artıq arpa sahələrində məhsul yığımı başa çatıb.

Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildirilib ki, cari mövsümdə bölgədə 11986 hektar sahədə taxıl yetişdirilib. Bunun da 4806 hektarı arpadır. Biçinə mütəşəkkil hazırlıqla başlayan taxılçılar hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, arpa zəmilərində məhsul yığımını yekunlaşdırıblar. Arpa sahələrindən orta məhsuldarlıq 20,7 sentner olub. Bir sıra ərazilərdə, o cümlədən Bərgüşad, Yuxarı Şilyan, Qaziyan ərazi vahidlərində hektardan 23-25 sentner arpa götürülüb.

Hazırda rayonda buğda zəmilərinin məhsulu yığılır. Hər gün sahələrə 20-dən çox kombayn çıxarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.