REGİONLAR


Ucar taxılçıları biçinə hazırlığı başa çatdırıblar

Ucar, 29 may, AZƏRTAC

Ucar taxılçıları məhsul yığımı kampaniyasına hazırdırlar.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, cari mövsümdə 11 min 986 hektar sahədə taxıl yetişdirilib. Bundan 7180 hektarı buğdadır. Hazırda bütün qüvvələr bu mühüm strateji məhsulun vaxtında və itkisiz yığılmasına səfərbər edilib. Artıq hər yerdə biçinə hazırlıq işləri başa çatdırılıb. Hava şəraiti imkan verərsə bir neçə gündən sonra texnika sahələrə çıxarılacaq. Bu məqsədlə rayon aqrotexservis filialındakı 10, sahibkarlara məxsus 7 kambayn start vəziyyətə gətirilib. Biçinə kampaniyaya gec başlayacaq dağlıq rayonlardan daha 25-dək kambayn cəlb olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.