REGİONLAR


Ucar taxılçıları payızlıq əkin kampaniyasına başlayıblar

A+ A

Ucar, 6 oktyabr, AZƏRTAC

Ucar rayonunda bir neçə gündür ki, payızlıq taxıl əkini kampaniyasına start verilib və hazırda bütün qüvvələr səpinin tez və keyfiyyətlə başa çatdırılmasına səfərbər edilib.

Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildirilib ki, ilk günlərdən bu mühüm kampaniyaya 25-dən artıq kənd təsərrüfatı texnikası, o cümlədən 15 şum traktoru, 10-dan çox səpin aqreqatı çıxarılıb. Hər gün orta hesabla 80-100 hektarda səpin aparılır.

Payızlıq səpin kampaniyası rayonun ən çox taxıl əkilən Qaziyan, Şilyan, Lək və bir sıra digər ərazi vahidlərində daha mütəşəkkil keçir. Mütəxəssislər gələn ilin məhsulu üçün bölgədə 12000 hektaradək sahədə payızlıq taxıl əkiləcəyini proqnozlaşdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.