REGİONLAR
Ucarda 11 min 826 hektar sahədə payızlıq taxıl əkilib
Ucar, 14 dekabr, AZƏRTAC
Ucar rayonunda payızlıq taxıl səpini kampaniyası başa çatıb. Cari mövsümdə 11 min 826 hektar sahədə əkin aparılıb.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, builki payız mövsümündə taxıl əkini üçün dövriyyəyə ötən ilin müvafiq dövründəkindən 125 hektar çox torpaq sahəsi cəlb olunub. Əkin sahələrinin 7020 hektarı buğda, qalanı isə arpadır.
İlkin səpin aparılan ərazilərdə, o cümlədən daha çox taxıl əkilən Yuxarı Şilyan, Qazyan, Şahlıq, Pirkənd, Qazıqumlaq, Lək və bir sıra digər ərazi vahidlərində normal çıxış alınıb. Hazırda zərərvericilərə, xüsusilə bu il daha çox yayılan gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]