REGİONLAR


Ucarda “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ucar şəhər Heydər Əliyev Mərkəzində "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra xalqımızın milli-mənəvi dəyərlərə qayıdışının sürətləndiyini qeyd edib. Səyyad Salahlı bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb, Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərimizin inkişafı, dini radikalizm və ekstremizmin fəsadları ilə mübarizə sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb.

Sonra Ucar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əliş Cəbrayılov və Dövlət Təhlükəsizliyi Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Araz Əhmədov məruzə ilə çıxış ediblər. Natiqlər ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz üçün prioritet məsələ olduğunu vurğulayaraq, cəmiyyətimizin, xüsusilə gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıblar.

Tədbirdə, həmçinin Ucar şəhər “Cami” məscidinin axundu Elnur Rəhimov və Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri və axundu Zaur Eyvazov mövzu ilə bağlı fikirlərini bildiriblər.

Sonda tədbir iştirakçılarına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini ədəbiyyatlar paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.