REGİONLAR


Ucarda bütün məktəblər dərs vəsaiti ilə təmin edilib

A+ A

Ucar, 10 sentyabr, AZƏRTAC 

Ucar rayon təhsil işçilərinin ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələrə həsr olunan ənənəvi sentyabr konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları və qonaqlar əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən konfransda məktəblilər iştirakçıları şeir çələngi ilə qarşılayıblar.

Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.

Rayon təhsil şöbəsinin müdiri vəzifəsini icra edən İlham Babayevin “2015-2016-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr” barədə məruzəsi dinlənilib, müzakirələr olub.

Məruzə və çıxışlarda son illər rayonda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən, ayrı-ayrı fənlər üzrə kadrlarla təminat sahəsində görülən işlərdən, təhsilə göstərilən dövlət qayğısından və onun uğurlu nəticələrindən danışılıb. Vurğulanıb ki, keçən illə müqayisədə rayon üzrə təhsil sahəsində daha yaxşı nəticələr qazanılıb. Belə ki, qəbul imtahanlarında məzunlardan 11 nəfər 600-dən yuxarı, 25 nəfər isə 500-600 arasında bal toplayaraq ali məktəblərə daxil olublar.

Konfransda yol verilən nöqsanlardan, habelə qarşıdakı dərs ilinə hazırlıq ilə əlaqədar görülən işlərdən ətraflı danışılıb. Qeyd olunub ki, artıq bütün məktəblər dərs vəsaiti ilə təmin edilib. Ehtiyac olan məktəblərdə əsaslı və cari təmir işləri başa çatmaq üzrədir.

Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Təhsil Nazirliyinin təhsilin inkişafı şöbəsinin sektor müdiri Almaz Əsgərova çıxış edərək Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, qazanılan uğurlardan, habelə qarşıda duran vəzifələrdən danışıblar.

Sonda bir qrup qabaqcıl müəllimə rayon təhsil şöbəsinin fəxri fərmanı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.