REGİONLAR
Ucarda pambıq qəbulu məntəqəsi tikilir
Ucar, 13 avqust, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə Ucar rayonunda pambıq qəbulu məntəqəsi və emalı müəssisəsi tikilir.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə ayrılan 10,5 hektar torpaq sahəsində 5000 ton qəbul gücünə malik məntəqə inşa olunur. Məntəqədə 100 kubmetrlik iki su anbarı, 16 taya yeri, tərəzi və nəzarət sahəsi, inzibati bina və sair tikilir. Məntəqə sentyabrın əvvəllərində məhsul qəbuluna hazır olacaq.
Qəbul məntəqəsində işlər başa çatdırıldıqdan sonra emal müəssisəsinin inşasına başlanılacaq.
Qeyd edək ki, inşaat işləri “Azəraqrartikinti” ASC-nin Ağsu Aqrar Tikinti İdarəsi tərəfindən aparılır.